Quantcast
Channel: Azerbaycan dilinde tarix dersleri ve testler
Viewing all articles
Browse latest Browse all 1758

Tarix

$
0
0
Tarix

“Tarix-insanların cəmiyyət həyatına təsir edən fəaliyyətləri nəticəsində meydana gəlmiş hadisələri, səbəb və nəticə əlaqələrini müəyyən edərək, mənbə materiallarının tənqidi təhlilinə əsaslanaraq, məkan və zaman bildirərək öyrənən ictimai elm sahəsidir”.
Nə cahiliyyə dövrü ərəb ədəbiyyatına aid nümunələrdə, nə də Qur’ani-Kərimdə “tarix” kəlməsinə rast gəlinmədiyi üçün bunun ərəbcədə alınma söz olduğu düşünülür. Dilimizə ərəb mənşəli söz olaraq keçmiş “tarix” kəlməsi qaynağını sami dillərindəki “ərx” kökündən almaqdadır. Bu kəlmə akkad dilində “ərxu”, ibrani dilində isə “yərxu” olaraq səslənir və “ay” mənasını ifadə edirdi. Ərəb dilində bu kökün törəməsi “ay təqviminin hesablanması” və ya “xronologiya” anlamında (تاريخ) “tarix”, cəm formasında isə (تواريخ) “təvarix” olaraq səslənmişdir.

Viewing all articles
Browse latest Browse all 1758