
Tarix nədir? sualına illərlə, əsrlərlə mütəffəkirlər müxtəlif təriflər vermiş, müxtəlif fikirlər söyləmişlər. Məhşur fransız filosofu, maarifçisi Jan Jak Russo bu suala belə cavab vermişdir: “Tarix, oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir bələdçidir”. Amma necə bələdçidir? Onun dediyi bələdçi vicdanlı bir bələdçidir. Daha saxtalaşdırılmış bir tarixə bələdçilik etmir. Bizim tarix də bizə elə bir bələdçilik etməlidir ki, o daima bizimlə olsun, bizimlə yaşasın. Bu məmləkətdə ayaq basdığımız hər yerdə tarix bizimlə olmalıdır. Biz məmləkətimizdə getdiyimiz, ayaq basdığımız yerlərin tarixin belə doğru-düzgün bilmirik. Əgər bilsəydik bu gün Güney Azərbaycanı İran, Dərbəndi Rusiya, Qərbi Azərbaycanı Ermənistan, Borçalını, Qazaxı Gürcüstan orada yaşayan soydaşlarımızı iranlı, rusiyalı, ermənistanlı, gürcüstanlı adlandırmazdıq. Bir millət olaraq bunu bilməliyik ki, tarixən bizim ərazilərimiz olmuş o torpaqlarda yaşayanlar milliyyətcə Azərbaycan türkü bir vətəndaş olaraq azərbaycanlılardır.