Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır.
Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaitinin hazırlanması zamanı məktəb dərsliklərindən, TQDK-nın Test Bankından, Azərbaycan tarixi üzrə audiovizual tədris vəsaitlərindən istifadə olunmuşdur. Vəsait hazırlanarkən orta məktəb dərsliklərinin tam məzmunu nəzərə alınmış və heç bir ixtisar aparılmamışdır.