Tarix.info saytında keçirilən ilk müsabiqədə 6 nominasiya üzrə 5 nominasiyanın qalibləri bilindi.....
Qaliblərin hər biri diplomlarla mükafatlandırılır. Hər birinizi təbrik edirik ! Uğurlar sizinlə.....
Qaliblərin saytımızda fəaliyyət göstərdiyi istifadəçi adları və diplom üzrə müəllif adları ilə tanış olun. (Diplomları verilməyən istifadəçilərdən rəylərdə öz ad və soyad, təmsil olunduqları məktəbin adını qeyd etsinlər rica...)
Ən yaxşı rəyçi
Melisa can
669 rəy müəllifi. Saytımızdakı əksər məqalələrə münasibətini bildirib. Dəyər və qiymət verir. Yazılardan maksimum istifadə edərək maariflənir.
Ən yaxşı istifadəçi
Shendil
Onun saytımızdakı fəaliyyəti təqdirəlayiqdir.....Ən gənc jurnalist statuslu istifadəçidir. Saytımızda bir çox sahədə məqalə hazırlayır. Məktəblidir və saytımız üçün dəyərlidir.
Ən yaxşı məqalə müəllifi
Anar m
Son zamanlar saytımıza rəng qatan, xüsusilədə abituriyentlərə böyük dəstəyini göstərən istifadəçi. Hazırladığı məqalələr unikal olmaqla yanaşı yükləmə və online oxunuşa görə öndədir.
Ən yaxşı resurs müəllifi
Leylabehman
Saytımızda fəaliyyəti geniş olan jurnalist statuslu istifadəçi. Bir sıra məqalələr hazırlayaraq gənn nəslimizə xidmət edir. Hazırladığı resurslar arasında Smart, Piramitan, Mimio, Excell, PoverPoint, Vord və s. müxtəlif proqramlar geniş yer almışdır.
Ən yaxşı jurnalist
Zakir m
Unikal xəbərlərin müəllifi. Saytımıza yerləşdirdiyi məqalələr şşəxsən özü tərəfindən hazırlanır. Administratordan sonra ən çox məqalə müəllifi (83).
Bütün qalibləri təbrik edirik. Yorulmayasız.....
Qalib gələ bilməyən istifadəçilərdən isə ruhdan düşməməyi və bir ildə 12 ay olduğunu unutmamağı arzu edirik.
Mart qalibləri bilindi.....Bəs Apreldə qaliblər kim olacaq?