Artıq dövrün inkişafı, elmin daha beynəlxalqlaşması, bir çox elmlərdə ki kimi Tarix elmində də, yeni-yeni nəfəslərin, axtarışların meydana gəlməsinə səbəb olur. Bir vaxtlar bizim üçün o qədərdə aktual olmayan Dünya tarixini dövrümüzdə araşdırılması həqiqətəndə təqdirəlayiq bir haldır. Gənc tarixçi-araşdırmaçı Məzahim Mustafazadənin müəllifi olduğu "Fürer orkestrinin son melodiyası” adlı kitab bu günlərdə nəşr edildi. Gələn həftələrdə geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq bu mükəmməl iş Azərbaycan dilində bu vaxta qədər araşdırılmamış İkinci Dünya müharibəsinin yekunu olaraq Qəbul edilmiş Postdam müqaviləsinin şərtinə uyğun olaraq Nasist lideri Adolf Hitlerin (fürerin) ətrafını təşkil edən faşist liderlərinin cəzalandırılmasını nəzərdə tutan "Nürnberq prosesləri” kimi tarixə düşmüş hadisədən bəhs edir.
↧