Belə rəvayət edirlər ki, keçmiş zamanlarda Təbriz şəhərində bir şahın oğlu bazara çıxır. O, bazarı gəzib dolaşır,nəhayət,xalça satılan yerə gəlib çıxır. O, heyranlıqla xalçaları gözdən keçirir. Onların içərisində ən çox bəyəndiyi xalçanın sahibinin kim olduğunu soruşur. Ona deyirlər ki,bu cavan bir qızdır. Şahın oğlu onunla görüşmək istədiyini bildirir. Qızı onun yanına gətirirlər. Şahın oğlu bu qızı, çox bəyənir və onunla evlənmək istəyir. Qız razılaşır, onlar evlənirlər. Şahın oğlu bu sənəti qızdan öyrənir.
↧