Əziz həmkarlar ! Bildiyiniz kimi Tarix fənni üzrə kurikulum təlimləri artıq 3-cü ildir ki, Respublikamızın hər yerində Təhsil Nazirliyi tərəfindən aparılır. Bu il bütün ölkə üzrə təmsil olunduğum təşkilat - Təlim və İnkişaf - Tarix fənni üzrə tenderdə qalib gəlmişdir. Bir təlimçi olaraq mən də Sumqayıt şəhərində TET Gimnaziyada 10 günlük təlim apardım. Fürsətdən istifadə edərək Sumqayıt müəllimlərinə, o cümlədən burada yerləşən Laçın, Qubadlı və s. məktəblərin müəllimlərinə təşəkkür edirəm. Olduqca maraqlı və həvəsli təlim oldu. Sumqayıtda doğrudanda çox yaxşı müəllim kollektivi var. Sizə uğurlar arzulayıram. Əgər Sizin professional karyeranızda mənim apardığım təlimin az da olsa köməyi dəyibsə nə əzizdir mənim üçün biləsiniz. Bir daha uğurlar............