Image may be NSFW.
Clik here to view.
Qaranlıq duman boğurdu məni. Gözlərimi açmağa tələsdim, açanmadım. Ayağa durmağa çalışdım, dura bilmədim. Qışqırıb kömək istəyirdim, səslənəmədim. Məni sanki saxlayırdılar, işqəncə vermədən, söz demədən, dinləmədən. Ancaq baxırdılar, qəmli-qəmli, hirsli-hirsli. Onların nə istədiyini anlaya bilmirdim. Onları elə bil tanıyırdım, lakin yada sala bilmirdim. Kim idi axı bunlar? Nə istəyirdilər?