Bir gün Əmir Teymur əsgərini yanına çağırır. Əsgər onun hüzuruna çox gec gəlir. Teymur əsəbləşib ondan belə gec gəlməsinin səbəbini soruşur.
Əsgər deyir:
- Ey hökmdar, yolda gələrkən, qarşıma yaşlı müəllimim çıxdı. Onu ötüb keçməmək üçün onun arxasıyca yavaş addımlarla gəlməli oldum. Ona görə gecikdim.
Teymur bunu eşidib əsgəri mükafatlandırır və deyir:
- Müəlliminə belə hörməti olan əsgər vətəni üçün ən faydalı əsgərdir.