Məkkə – Dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilərə qarşı mübarizə aparmış, nəticə etibarı ilə onları özünə tabe etdirmişdir.
↧