Şelda, Maas və Reyn çaylarının aşağı boyunda Orta əsrlərdə Niderland ölkəsi yerləşirdi (Niderland "çayın aşağı axarında olan ölkə” və ya "çökək ölkə” deməkdir). XVI əsrin ortalarında Niderland Avropada ən sıx əhalisi olan ölkə idi. Niderland əhalisi əsrlər boyunca sahil torpaqlarını "dənizin əlindən alır”, onu qurudur və bəndlər çəkib dənizdən ayırırdılar.
↧