"Bir çox hallarda tarix qərəzli şəkildə təhrif edilir". Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər" mövzusunda panel iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, bütün bəşər tarixində tarix fənninin tədrisi zamanı birtərəfli qaydada təhrif edilmə adi hal alıb: "Təəssüflər olsun ki, bizim regionda da belə hallar istisna deyil. Bütün bu məsələlərin əksəriyyəti sivilizasiyalararası dialoq məsələsini gündəmə gətirir". Cabbarovun sözlərinə görə, tarix xalqlar arasında körpüləri birləşdirməli, maneələr yaratmamalıdır: "Tarix fənninin gözəl, düzgün tədrisi üçün gəncləri bu prosesə cəlb etməliyik, bu işə daha maraqla yanaşmalıyıq".
↧