Qloballaşma şəraitində multikulturalizm siyasəti yeni bir siyasi model kimi bir çox dünya dövlətləri tərəfindən tətbiq olunan uğurlu bir siyasətdir. İstər ənənəvi milli azlıqlar, istər də miqrasiya fonunda formalaşmış yeni milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının aradan qaldırılması dövlətlərin suverenliyi baxımından həyati önəm daşıyır. Xalq Cumhuriyyəti dövründən əvvəl həm çar Rusiyası zamanı, həm də sovet hakimiyyəti dövründə Azərbaycan müstəqil xarici siyasət yürüdə bilməmişdir. 1991-ci ildən özünün müstəqil xarici siyasi xəttini formalaşdıran Azərbaycan multikulturalizmi də xarici siyasətin mühüm amilinə çevirdi.