Test tərtibinin bəzi elmi , pedaqoji və etik prinsipləri.
Aydın Allahverdiyev
Bakı şəhəri, 72 saylı məktəb-liseyin müəllimi
Test ingiliscədən tərcümədə " yoxlama ", " sınaq " mənasını verir. İnsanların bilik, bacarıq və vərdişlərinin test üsulu ilə aşkara çıxarılması qaydası Şərqdə hələ VII əsrdə tətbiq
olunmuşdur.(1) XIX əsrin sonlarında Frensis Qaltonun, xüsusən də XX əsrin əvvələrində Alfred Binenin tədqiqatları, sonralar intellektin səviyyəsini ölçməyə imkan verən standart testlərin yaranmasına təkan verdi.(2)