Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında" qərar qəbul edib. Qərarda bildirilirdi ki, Azərbaycan Respublikasının "indiki vəziyyətdə MDB-yə qoşulması" məqsədəuyğun sayılmır. Bununla belə, prezident A.Mütəllibov dekabrın 21-də Almatıda keçirilən sammitdə MDB-nin təsis olunması barədə sazişə imza atmışdı. Sənəd Milli Şura tərəfindən ratifikasiya olunmadı və yalnız 1993-cü ilin sentyabrında parlament Azərbaycanın MDB-yə üzvlüyünə razılıq verdi.
↧