Bakının qədim memarlıq abidələri dünyanın çox şəhərlərinin abidələri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət nümunələri əsas etibarilə ecazkar şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy peşəkar Avropa təhsili almış və 1918-1925-ci illərdə Bakı şəhərinin memarı olmuş ilk azərbaycanlıdır.