
İllik tədris yükü 34 saat üçün nəzərdə tutulan bu dərslik 3 bölmədən, formal olaraq 17, əslində isə 26 paraqrafdan ibarətdir. Bunun səbəbi 8, 11, 13, 14, 15 və 16-cı paraqrafların dünya təcrübəsində tətbiq olunan, lakin Azərbaycan üçün ənənəvi olmayan I, II, III və s. kimi hissələrə ayrılmasıdır. Ancaq müəlliflərin bunu nə məqsədlə etdikləri və ənənəvi bölgüdən fərqli olaraq bu bölgünün təlimə hansı fayda verdiyi aydın deyil.