Əziz müəllimlər!
Sizlərə saytımızda baş verəcək bəzi yenilikləri çatdırmaq istərdim. Bildiyiniz kimi saytımızdan bir çoxları istifadə edir. İstifadəçilərin sayı 25722 nəfərdir. Günü-gündən də artmaqda davam edir. Təbii ki, bu inkişafdır bu uğurdur. Lakin bəzi məqamlar üçün istisnalar etmək məcburiyyətindəyik. Belə ki, KSQ və BSQ variantları burada hər istifadəçi üçün açıq verildiyindən şagirdlərdə bundan maksimum istifadə edir və bəhrələnir. Bəzi hallarda müəllimlərimiz buradan əldə etdikləri KSQ-ləri siniflərində keçirdikdə şagirdlər bu suallarla əvvəlcədən tanış olduğundan maksimum nəticə çıxarır. Təbii ki, bunu hər şagird də edə bilmir, yalnız bununla tanış olanlar. Bu səbəbdən saytda bəzi KSQ və BSQ-lər, ümumiyyətlə ola bilsin bəzi materiallar yalnız seçilmiş müəllimlər üçün verilsin. Seçilmiş müəllimlər kimlər ola bilər?
- Saytla daima əməkdaşlıq edən müəllim
- Sayta tez-tez xəbər yerləşdirən müəllim
- Saytda xüsusi olaraq "Jurnalist" statusu alan müəllim
- Saytı daima işlədən, ondan bəhrələnən müəllim
Seçilmiş müəllim necə müəyyən ediləcək?
- Yalnız bir-başa administratorla əlaqə yaradaraq, müəllim vəzifəsində çalışdığını isbat edən müəllim
Bu yenilik saytda 1-2 həftə ərzində qüvvəyə düşəcək. Bu müddət ərzində sizlərin irad və təkliflərinizi bilmək istərdik......
Uğurlar !