476-cı ildə Qərbi Roma imperiyasının süqutu ilə qədim dünya tarixi və quldarlıq quruluşu başa çatdı. Bundan sonra dünya tarixinin orta əsrlər dövrü başlandı. Lakin feodalizm quruluşu hər yerdə eyni vaxtda yaranmamışdır. Məsələn, Çində və Azərbaycanda feodalizm quruluşu III əsrdə, Qərbi Avropada V əsrin sonlarında yaranıb inkişaf etmişdi. Asiya və Avropa xalqlarının əksəriyyəti feodalizm quruluşunda yaşasalar da Afrika, Amerika və Avstraliya xalqlarının çoxu ibtidai icma quruluşunda yaşayırdılar. Feodalizm quruluşunun ayrı-ayrı xalqların həyatında hökmranlıq etdiyi müddət də eyni olmamışdır. Feodalizm quruluşu inkişafına uyğun olaraq üç dövrə ayrılır:
↧