Növbəti döyüşlərin birində Vüqarın qulağına inilti səsi gəldi,çevriləndə bizimkilərdən birinin ağır yaralandığını, düşmən tankının isə artıq lap yaxınlaşdığını gördü. Tank əleyhinə olan qumbaraları qurtardığı üçün dayandığı yeri dəyişmək istədi. Lakin yaralının tankın tırtırları altında qalacağından ehtiyat edib özünü onun üstünə tulladı. Heç özü də bilmədi ki, nə vaxt yaralını qucağına götürüb ölümün caynağından uzaqlaşıb.