Müharibə... Nədir bu?...Ölüm! Qarət! Dağıntı! Fəlakət! Nə doğurur müharibəni?.. Qana susamış kinli kralların qisas istəyi, yoxsa şöhrət zirvəsinə can atan lovğa siyasətçilərin sərvət və hakimiyyət hərisliyi?... Deyirlər, müharibə- siyasətdir, daha doğrusu, siyasətin zorakı üsul və vasitələrlə davam etdirilməsidir. Məncə müharibə sözün bitdiyi məkan, haqqın tapdandığı zamandır. Adətən siyasətçilər müharibələri iştirakçı tərəflərin güddükləri məqsədə müvafiq olaraq, "ədalətli” və ya "ədalətsiz” olmaqla iki qrupa bölürlər.
↧